Azərbaycanın İctimai Televiziyası 6 yaşını qeyd edir
Şirkət fəaliyyət göstərdiyi müddətdə bir çox uğurlara imza atıb: İctimai Televiziya fəaliyyətinin 2-ci ilində, 2007-ci ildə Avropa Yayımları Birliyinin tamhüquqlu üzvü olub. Bununla da ölkəmizin ictimai yayımçısı beynəlxalq televiziya şəbəkəsində öz layiqli yerini tutub. Bu təşkilata üzvlüyünün 3-cü ilində İctimai Teleradio dünyanın 57 ölkəsinin 77 teleradio qurumunun rəhbərlərinin iştirakı ilə Avropa Yayımları Birliyinin Baş Assambleyasının 2010-cu il yay sessiyasına MDB ölkələri sırasında ilk dəfə ev sahibliyi edib.
İctimai Televiziya bu gün dünyadakı nəhəng telekorporasiyaların bölgədəki etibarlı partnyorudur. Televiziya Euronews kanalı ilə əməkdaşlıq haqqında müqaviləyə imza atıb. Bu müqaviləyə əsasən, İctimai Televiziya dünyanın aparıcı xəbər kanalının regionda əsas tərəfdaşıdır. İctimai Televiziya Macarıstan, Türkiyə, Polşa, Koreya, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrin ictimai yayımçıları ilə əməkdaşlıq edir, telekörpülər vasitəsilə xalqların, mədəniyyətlərin yaxınlaşmasına xidmət edir.
Avropa Yayımları Birliyinə qəbul olmaqla İctimai Televiziya bütün dünyanın ən böyük musiqi yarışması sayılan “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycana iştirak hüququ qazandırıb. İctimai Teleradio “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan üzrə təşkilatçı kimi 2008-ci ildən iştirak edir. “Eurovision-2008” dəki debütündə 8-ci yerə, 2009-cu ildə 3-cü, 2010-cu ildə 5-ci yerə və nəhayət 2011-ci ildə birinci yerə çıxıb. Bu ilin may ayında Almaniyada keçirilən “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsində Heydər Əliyev Fondunun fəal dəstəyi, təşkilatçılıq səyləri mühüm rol oynayıb.
Azərbaycan 2008-ci ildə “Eurovision” Mahnı Müsabiqəsində ilk dəfə təmsil olunandan Mehriban xanım Əliyevanın “Eurovision” layihəsinə ayırdığı diqqət və qayğı Azərbaycan üçün böyük uğurla nəticələnib. Bu qalibiyyət 100 milyonlarla auditoriyası olan dünyanın bir nömrəli televiziya şousunu Azərbaycana gətirib. Bu gün bütün dünya mediasının diqqəti Azərbaycana - “Eurovision-2012”yə yönəlib.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkəmizdə siyasi proseslərin əsas yayımçısı İctimai Teleradiodur. İctimai Televiziya və Radio Yayımları Şirkəti bir sıra beynəlxalq telelayihələrin Azərbaycanda eksklüziv yayımçısıdır. Kann kinofestivalı, Vyana Filarmoniya orkestrinin konserti, “World Music Awards”, Olimpiada oyunları kimi bütün dünyada izlənən böyük layihələri Azərbaycan auditoriyasına məhz İctimai Televiziya təqdim edir.
Şirkət həcminə və texniki göstəricilərinə görə, regionda müasir studiyalara sahibdir. İki inzibati binadan ibarət İctimai Teleradionun hazırda 7 studiyası fəaliyyət göstərir, 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək. Müasir tələblərə cavab verən Səyyar Televiziya Stansiyaları, maddi-texniki bazası var. İctimai Televiziyanın “Carçı-Film” yaradıcılıq birliyi bu günədək 100-dən çox bədii və sənədli filmlər istehsal edib.
“APA Group” İctimai Televiziyadakı həmkarlarını bu bayram münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Sabahın havası açıqlanıb
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir