Bank Of Baku

“Azadlıq” qəzetinin internet ünvanına haker hücumu olub

“Azadlıq” qəzetinin internet ünvanına haker hücumu olub
# 06 sentyabr 2011 13:12 (UTC +04:00)
Bakı-APA. “Azadlıq” qəzetinin internet səhifəsi haker hücumuna məruz qalıb. APA-nın məlumatına görə, bununla bağlı qəzetin yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, qəzetin internet ünvanı son iki ildə mütəmadi hücumlara məruz qalıb. Nəticədə sayt bir neçə dəfə tamamilə dağılıb, qəzet üçün yenidən sayt yaradılıb.

Sənəddə vurğulanıb ki, qəzetə məxsus www.azadliq.info və www.azadliq.az domenlərindən sonuncusu bu ilin aprel ayında tamamilə hak edilib.

Saytın birinci ünvanına da sentyabrın 5-i saat 22 radələrindən etibarən giriş məhdudlaşıb. Sayt administratorları server bağlantısının tamamilə kəsildiyini bildiriblər.

Qəzetdən saytın fəaliyyətini bərpa etmək üçün iş aparıldığı da bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR