Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Telekanalların adından başlamaq lazımdır”

Nuşirəvan Məhərrəmli: “Telekanalların adından başlamaq lazımdır”
# 09 sentyabr 2011 14:07 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Milli Televiziya və Radio Şurası telekanallarda dövlət dilinin qorunması üçün təklif irəli sürüb. APA-nın məlumatına görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, hər bir telekanalın dilə nəzarət qurumu olmalıdır və həmin qurum televiziyanın dilinə, aparıcıların, müxbirlərin nitqinə nəzarət etməlidir: “Televiziyanın dil qurumu hər bir alınma sözə həssas münasibət bildirməlidir. Bunun üçün Dilçilik İnstitutu ilə ardıcıl əlaqə saxlanılmalıdır. Bu və ya digər sözün ana dilində qarşılığına və ya necə işlədilməsinə diqqət yetirilməlidir. Bir sıra telekanal və şirkətlərin öz adlarından başlamaq lazımdır. Məsələn, “Space”, “ANS”, “Lider” kimi və s”.

N. Məhərrəmli deyib ki, reklamlarda da alınma sözlər ayaq tutub yeriyir. Onların ana dilində qarşılığı axtarılmalıdır: “Şou aparıcılarının nitqinə xüsusi nəzarət edilməlidir. Verilişlərdəki qonaqların nitqinə də nəzarət etmək olar. Şouların və verilişlərin bir çoxu mənasızdır. Bu verilişlərdə adi məişət hadisələrindən bəhs olunur. Bayağı məsələlər bir çox müğənnini xalqın gözündə nifrət obyektinə çevirib. Bu tipli verilişlər efirdən yığışdırılmalıdır və cəmiyyəti düşündürən məsələlərə yer verilməlidir”.

N. Məhərrəmli bildirib ki, telekanalların birində ardıcıl olaraq uşaq verilişləri təşkil etmək əhəmiyyətli olar: “Bizim balalarımız bütün günü türk telekanalları qarşısında əyləşirlər. Körpələr ana dilinin şirin sözləri əvəzinə başqa dilin sözlərini yaddaşlarına toplamalı olurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR