Bank Of Baku

ATƏT Azərbaycanın internet mediasında jurnalist təhqiqatları ilə bağlı təlimlər təşkil edəcək

ATƏT Azərbaycanın internet mediasında jurnalist təhqiqatları ilə bağlı təlimlər təşkil edəcək
# 12 sentyabr 2011 11:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi Azərbaycanın internet mediasında jurnalist təhqiqatları ilə bağlı təlimlər təşkil edəcək. APA-nın xəbərinə görə, təlimlər sentyabrın 13-dən 17-nə qədər keçiriləcək.

İştirakçılar mediada obyektivlik, qərəzsizlik və dəqiqlik prinsiplərinə əməl olunması məsələlərini müzakirə edəcəklər. Beynəlxalq təlimçi təhqiqat aparılarkən faktların yoxlanılması, rəsmi mənbələrə sorğu verilməsi və məlumat bazasından istifadə qaydaları barədə təcrübəsini bölüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR