Bank Of Baku

Beynəlxalq Qızıl Xaç Komitəsi jurnalistlər üçün seminar keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsi jurnalistlər üçün seminar keçirib
# 13 sentyabr 2011 13:59 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdədə regionlarda çalışan jurnalistlər üçün “Beynəlxalq Humanitar Hüquq və Silahlı Münaqişələr Zamanı Jurnalistlərin Qorunması” mövzusunda seminar keçirib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, BQXK nümayəndələri silahlı qarşıdurmaların və döyüş əməliyyatlarının baş verdiyi ərazilərdə jurnalistlərin fəaliyyəti, əsir düşdükləri və ya yaralandıqları vaxt onların hüquqları barədə məlumatlar veriblər. Tədbirdə əvvəlcə bu qurumun Azərbaycanda fəaliyyəti haqda, iş prinsipləri barədə və dünya miqyasında tətbiq olunan Beynəlxalq Humanitar Hüququn münaqişə zonalarında tətbiq olunması qaydalarından bəhs edilib. Komitənin Bərdə Ofisinin rəhbəri Helen Plennovo deyib ki, BQXK-nin bu tədbiri təşkil etməkdə əsas məqsədi media təmsilçilərinin qurumun fəaliyyəti barədə xəbərləri ilk əldən almalarını təmin etməkdir. Ofis rəhbəri jurnalistlərin əsir və itkin düşmüş şəxslərlə bağlı suallarını da cavablandırıb. O bildirib ki, hələ də həmin şəxslər barədə məlumatların toplanması işi davam edir: “Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin ümumi siyahısı təxminən 4500 nəfəri əhatə edir. Bu rəqəm hər iki tərəfdən olan itkin şəxslərin ümumi sayıdır. Bu siyahı münaqişə zamanı itkin düşmüş bütün şəxsləri özündə cəmləşdirir. Hazırda isə hər iki tərəfdə əsirlər var və BQXK əsirlikdə olan şəxslərin vəziyyətini, saxlanma şəraitini daimi nəzarətdə saxlayır”. Tədbirin sonunda isə bölgədə fəaliyyət göstərən jurnalistlərə “Beynəlxalq Humanitar Hüquq və Silahlı Münaqişələr Zamanı Jurnalistlərin Qorunması” biliklərinə yiyələndiyini əks etdirən sertifikatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR