Bank Of Baku

Azərbaycanda daha üç teleradio şirkətinin lisenziyasının vaxtı uzadılıb, bir şirkətin lisenziya müddətinin uzadılmasından isə imtina edilib

Azərbaycanda daha üç teleradio şirkətinin lisenziyasının vaxtı uzadılıb, bir şirkətin lisenziya müddətinin uzadılmasından isə imtina edilib
# 15 sentyabr 2011 14:22 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, iclasda "Antenn" Müstəqil Teleradio Şirkətinin radio, "Dünya" Müstəqil Televiziya Şirkətinin və “Mingəçevir" Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq "Antenn" Müstəqil Teleradio Şirkətinin radio, "Dünya" Müstəqil Televiziya Şirkətinin və "Mingəçevir" Televiziyasının regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib. Həmçinin "SKY" MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması üçün MTRŞ-ya müraciət edilmədiyindən "Televiziya və radio yayımı haqqında" qanunun 22.3-cü maddəsinin tələblərinə uyğun olaraq "SKY" MMC-nin kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin uzadılmaması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR