Bank Of Baku

MTRŞ-da “Azərbaycan Respublikasında milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib

MTRŞ-da  “Azərbaycan Respublikasında milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib
# 16 sentyabr 2011 13:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurasında (MTRŞ) “Azərbaycan Respublikasında milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə teleradio yayımçıları, kino rejissorlar, Kinemotoqrafçılar İttifaqının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, ölkə prezidenti Azərbaycanda milli televiziya filmlərinin və seriallarının çəkilişinə dövlət dəstəyi ilə bağlı sərəncam verib: “Bu, çox ciddi məsələdir. Bu prosesdə əsas məsuliyyət MTRŞ-nın üzərinə qoyulub. Bu qədər maliyyə vəsaitini prodakşın kampaniyaları arasında bölüşdürüb nəticə əldə etməsək, əsas məsuliyyət MTRŞ-nın üzərində olacaq”.

Şura sədri deyib ki, uzun müddətdir Azərbaycan efirində xarici filmlər üstünlük təşkil edir: “Azərbaycanın gənc nəsli mentalitetimizə uyğun olmayan seriallarla tərbiyə olunur. Yetişməkdə olan nəslin tərbiyəsi telekanalların üzərinə böyük məsuliyyət qoyur. Müstəqillik illərindən kino sahəsində müəyyən işlər görülsə də, bu qənaətbəxş deyil. Milli filmlərin sayı da azdır. Yeni çəkilən filmlərə və seriallara da münasibət birmənalı deyil”.

N.Məhərrəmli deyib ki, hər il Mədəniyyət və Turizm Nazirliyi kino çəkilişi üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Son 10 ildə 50-60 film çəkilib: “Lakin bu filmlər ekranlarda görünmür. Bu filmlər yalnız beynəlxalq festivallar üçün çəkilməyib. Son illər çəkilən filmlərin Azərbaycan efirlərində göstərilməsinə şərait yaradılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR