Bank Of Baku

Bakıda fransızdilli jurnalın yubileyi keçirilib

Bakıda fransızdilli jurnalın yubileyi keçirilib
# 16 sentyabr 2011 15:31 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycandakı Fransa İnstitutunda (İFA) “Le français en Azerbaïdjan” (Azərbaycanda fransız dili) jurnalının 5 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan baş redaktor Gülbəniz Məzahimqızı jurnalın 5 illik fəaliyyəti barədə məlumat verib. Sonra Təhsil Problemləri İnstitutu və Fransa səfirliyinin əməkdaşları Azərbaycanda fransız dilinin vəziyyətindən və jurnalın rolundan danışıblar.

Tədbirdə fransız dili müəllimləri və tələbələr iştirak edib. Jurnalın fəaliyyətində yaxından iştirak edən şəxslər diplom və hədiyyələrlə təltif olunub.

Xatırladaq ki, “Le français en Azerbaïdjan” jurnalının əsası 2007-ci ildə qoyulub və 20 nömrəsi işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR