Bank Of Baku

Azərbaycanda daha üç qəzetin adı “reket” nəşrlər siyahısına salınıb

Azərbaycanda daha üç qəzetin adı “reket” nəşrlər siyahısına salınıb
# 16 sentyabr 2011 15:43 (UTC +04:00)
Müzakirə edilən məsələlər barədə ətraflı məlumat verən komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bunlardan ikisi MŞ-nin Şikayətlər üzrə Komissiyasından rəy şəklində, daha 4-ü isə Şura Katibliyi tərəfindən baxılmaq üçün təqdim olunub.

Sonra hər məsələ ətrafında müzakirələr aparılıb. Yekdilliklə rəyə gəlinib ki, Şuranın Şikayətlər üzrə Komissiyasının «Qanun: izah və şərhlər» və «Xural» qəzetlərinin adlarının MŞ-nin «qara siyahı»sına salınması ilə bağlı təkliflərində buna əsas verən real faktların mövcudluğu nəzərə alınıb.

Vaxtilə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilmiş «Azərbaycan gündəmi» qəzetinin baş redaktorunun vəzifə səlahiyyətindən sui-istifadə etməsi səbəbindən həbsi bu mətbu orqanın adının Şuranın «reket nəşr»lər üçün tərtib etdiyi «qara siyahı»ya salınmasına əsaslar verir.

Komissiya hər üç qəzetin adının MŞ-nin «qara siyahı»sına daxil edilməsi üçün Şuranın İdarə Heyətinə rəyin verilməsi razılığına gəlib.

Qurum MŞ-nin «qara siyahı»sında yer alan «Vətəndaş haqqı» qəzetinin siyahıdan çıxarılması ilə bağlı müraciətinə baxaraq sənəddə ifadəsini tapan məqamları yetərli saymayıb. Bildirilib ki, Şura nəşrin adını «qara siyahı»ya salarkən yanlışlığı qəzet tərəfindən isbatlanmayan faktların mövcudluğunu nəzərə alıb.

İclasda «Yeni hakimiyyət» və «Müstəqil respublika» qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR