Bank Of Baku

Mətbuat Şurasının Apellyasiya Qrupu 7 mətbuat orqanının “qara siyahı”dan çıxarılmasını tövsiyə edib

Mətbuat Şurasının Apellyasiya Qrupu 7 mətbuat orqanının “qara siyahı”dan çıxarılmasını tövsiyə edib
# 19 sentyabr 2011 15:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasının (MŞ) Apellyasiya qrupunun iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda 21 qəzetin MŞ-nin “qara siyahı”sından adlarının çıxarılması ilə bağlı müraciətinə baxılıb. Qrupun sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə həmin mətbu orqanların müraciətləri ilə bağlı aparılan araşdırmalar barədə ətraflı məlumat verib. O bildirib ki, siyahıdan çıxarılmada başlıca prinsip kimi MŞ-nin islahedici missiyası götürülür: “Günahlılar olduğu kimi, günahını anlayanlar və tənqidlərdən nəticə çıxaranlar da var. Bu baxımdan, həm də digərlərinə örnək olmaq üçün özlərini təsdiqləyənlərə şans verilməsi mütləqdir. Lakin onlar fəaliyyətlərində diqqətli olmalıdırlar. Çünki “qara siyahı”dan çıxmaq ora yenidən qayıtmaqdan sığortalamır”.

İclasda bildirilib ki, bir qrup qəzetlər barəsində şuranın ictimai qınağı tətbiq olunduqdan sonra onlar haqqında quruma heç bir şikayət ünvanlanmayıb. Apellyasiya qrupunun iclası fəaliyyətlərində dönüş yaratdıqları, MŞ-nin tövsiyələrindən nəticə çıxartdıqlarını nəzərə alaraq “Azad Azərbaycan”, “Press inform”, “Pressinq”, “Qanun çərçivəsi”, “Bizim Vətən” və “Tolerant Azərbaycan” qəzetlərinin adlarının MŞ-nin “qara siyahı”sından çıxarılması üçün təkliflərini MŞ-nin İdarə Heyətinə təqdim etməyi qərara alıb. Qeyd olunub ki, təsisçisi və baş redaktoru vəfat etmiş “Kadr və tərəqqi” qəzeti barədə eyni rəyə gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR