Bank Of Baku

“İslamda yas mərasimləri və əyintiləri” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

“İslamda yas mərasimləri və əyintiləri” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 20 sentyabr 2011 10:44 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Bakı Xəbər” qəzetinin “İslamda yas mərasimləri və əyintiləri” mövzusunda keçirdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, qəzetin baş redaktoru Aydın Quliyev bu mövzu haqqında fevral ayında müzakirələr aparıldığını, avqust ayında isə müsabiqə elan olunduğunu bildirib: “Müsabiqəyə 61 yazı təqdim olunub. Bu məqalələr qəzetlərdə, informasiya agentliklərində və digər mətbuat orqanlarında dərc olunub. Bunların içərisindən 13 yazı seçilərək xüsusi mükafatlara layiq görülüb”.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Mirəziz Seyidzadə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkili Aqil Abbas və publisist Xeyrəddin Qoca çıxış ediblər.

Qeyd edək ki, mükafat alanlar arasında APA-nın əməkdaşı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR