Bank Of Baku

Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı son tamamlama işləri aparılır

Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı son tamamlama işləri aparılır
# 20 sentyabr 2011 12:20 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O deyib ki, oktyabrın əvvəllərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayıma keçidlə bağlı texniki məsələləri həll edəcək: “Rəqəmsal yayıma ilkin olaraq keçmək üçün şərait yaranacaq. İlkin olaraq ölkə ərazisinin 85 faizi rəqəmsal yayımla əhatə olunacaq. Növbəti ildə isə rəqəmsal yayımın bütün ölkə ərazisini əhatə etməsinə çalışacağıq”.

Şura sədri deyib ki, MTRŞ USAİD ilə birgə sentyabrın 27-də “Teleradio yayım standartları” mövzusunda tədbir keçirəcək. Tədbirin əsas mövzusu rəqəmsal yayıma keçidlə bağlı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR