Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Milli televiziya filmlərinin istehsalı ilə bağlı ilkin qərar yaxın on gün ərzində veriləcək”

Nuşirəvan Məhərrəmli: “Milli televiziya filmlərinin istehsalı ilə bağlı ilkin qərar yaxın on gün ərzində veriləcək”
# 20 sentyabr 2011 13:54 (UTC +04:00)
Şura sədri deyib ki, bu məsələ MTRŞ-nın gündəmindədir: “Hələlik bu limiti qoya bilmirik. Bilirsiniz ki, Azərbaycanda bədii filmlərin, televiziya seriallarının sayı o qədər çox deyil ki, onları ancaq Azərbaycan filmləri göstərməyə məcbur edək. Azərbaycanda yaxın 5 il ərzində həm kino filmlərin, həm teleserialların sayı çoxalmalıdır ki, gələcəkdə bu məsələyə baxa bilək. Telekanalları ona görə milli yayımçılara vermirik ki, xarici serialları göstərməklə işlərini bitmiş hesab etsinlər. Onlar Azərbaycan xalqına xidmət eləməlidirlər. Ona görə də milli televiziya filmlərinə daha çox üstünlük verməlidirlər. Gələcəkdə Şura bu məsələyə baxa bilər. Xarici filmlərə müəyyən bir faiz həddində - 10-15 faizdən çox olmamaq şərtilə icazə verilə bilər. Əgər bu hədd çox olacaqsa, onlara qarşı tədbir görülə bilər”.

N. Məhərrəmli deyib ki, milli televiziya filmlərinin istehsalı ilə bağlı müzakirələr davam edir: “Yaxın on gün ərzində bununla bağlı ilkin qərar veriləcək. Əsas məqsəd Azərbaycanın teleradio məkanında əcnəbi serialların həcminin azaldılması, yerli filmlərin çəkisinin artması, Azərbaycanda yetişməkdə olan gənc nəslin tərbiyəsinə xüsusi önəm verilməsidir. Ona görə çalışacağıq ki, qarşıya qoyulan məqsədə çataq. Azərbaycanın efirində yerli serialların sayı artsın. Bütün əlaqədar qurumlar, ilk növbədə televiziya kanalları bu işə cəlb olunacaq. Bu işdə prodakşnlar televiziya kanalları vasitəsi ilə iştirak edəcək. Çünki hər hansı prodakşn televiziya filmi çəkərsə, bu filmlərin telekanallarda göstərilməsində problem yaranarsa, biz məqsədimizə çatmarıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR