Bank Of Baku

Azərbaycan bloqçularının şəbəkəsi olan www.webloq.az saytının təqdimatı keçirilib

Azərbaycan bloqçularının şəbəkəsi olan www.webloq.az saytının təqdimatı keçirilib
# 21 sentyabr 2011 10:44 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Bu gün “İrəli” İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış Azərbaycan bloqçularının şəbəkəsi olan www.webloq.az saytının təqdimatı və “WeBloq 4” layihəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə bloqçuluq və yeni media resurslarından istifadə məsələləri müzakirə olunub.

Bildirilib ki, “İrəli” İnformasiya Texnologiyaları Departamenti tərəfindən 2007-ci ildə Azərbaycanda ilk bloq təlimləri həyata keçirilib. Mərkəz tərəfindən həyata keçirilən layihə 15 dekabr 2010-cu il tarixindən indiyə qədər davam edib. “Webloq” saytına daxil olmaqla 100-ə yaxın bloqçunun hansı mövzularda yazdığını, nəyin aktual olduğunu bilmək olar. Saytın əsas üstünlükləri ondan ibarətdir ki, burada ölkəmiz barəsində daha dolğun məlumat əldə etmək olar.

Sonda “Webloq” layihəsinin fəal iştirakçılarına diplomlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR