Bank Of Baku

Mətbuat Şurası jurnalistika fakültələrinin magistr pilləsinə bu il aparılan qəbulun nəticələrini araşdıracaq

Mətbuat Şurası jurnalistika fakültələrinin magistr pilləsinə bu il aparılan qəbulun nəticələrini araşdıracaq
# 22 sentyabr 2011 10:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Mətbuat Şurası ali məktəblərin jurnalistika fakültələrinin magistr pilləsinə bu il aparılan qəbulun nəticələrini araşdıracaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Ə. Amaşov deyib ki, Mətbuat Şurası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə universitetlərin jurnalistika fakültələrinin magistratura pilləsinə qəbulun nəticələrini müzakirə edəcək: “Bundan sonra birgə fəaliyyətin effektinin olub-olmaması araşdırılacaq”.

Ə. Amaşov qeyd edib ki, təmsil etdiyi qurum jurnalistika fakültələrinin bakalavr pilləsinə qəbul zamanı qabiliyyət imtahanlarının bərpa olunmasının tərəfdarıdır: “Bununla bağlı müəyyən cəhdlərimiz var. Çalışırıq ki, qabiliyyət imtahanlarını həyata keçirməklə fakültəyə təsadüfi qəbulların qarşısını alaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR