Bank Of Baku

Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq

Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq
# 22 sentyabr 2011 10:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Yaxın günlərdə Mətbuat Şurasının təşəbbüsü ilə orfoqrafiya lüğəti çap olunacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri bildirib ki, beş il öncə belə bir lüğət nəşr olunsa da, yeni lüğətə ehtiyac var: “Əgər diqqətlə izləsək, bu gün jurnalistlərin yazdığı materiallarda orfoqrafiya lüğətinin prinsiplərinin pozulduğunu görərik. Bundan başqa, durğu işarələri ilə bağlı da çoxsaylı problemlər var. Əsas məqsədimiz problemləri ümumiləşdirmək və aradan qaldırmaq yollarını tapmaqdır. Bir neçə qəzeti çıxmaq şərti ilə, əksər qəzetlərdə bu sayaq pozuntular var”.
Ə. Amaşov redaksiyalarda korrektor vəzifəsinin olmadığını da diqqətə çatdırıb və qəzetlərdə bu vəzifənin bərpa olunmasını tövsiyə edib. Şura sədri internet qəzetlərdə bu şəkildə pozuntuların daha çox olduğunu bildirib.

Ə. Amaşov jurnalistika ilə bağlı yeni tədris vəsaitinin və proqramın hazırlandığını da diqqətə çatdırıb: “Bu proqram çərçivəsində həm jurnalistlər, həm də jurnalistika fakültəsinin tələbələri üçün treninqlər keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR