Azərbaycan Mətbuat Şurası «Xural» qəzeti ilə bağlı bəyanat yayıb
«Xural» qəzetində əvvəllər də Mətbuat Şurası barədə həqiqətə söykənməyən yazılar, qərəz və təhqirlər dərc edilib. Lakin bu proses Şuranın İdarə Heyətinin 19 sentyabr 2011-ci il tarixli iclasının qərarından sonra daha intensiv şəkil alıb. MŞ İdarə Heyəti həmin gün ölkənin müxtəlif bölgələrindən quruma daxil olan şikayətləri araşdıraraq «Xural» qəzetinin adını Mətbuat Şurasının «qara siyahı»sına daxil edib. Qərarın çıxarılmasında bu kütləvi informasiya vasitəsi barədə MŞ-nin Şikayətlər üzrə Komissiyasının, «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsas götürülüb.
İndiyədək Mətbuat Şurasının təcrübəsində bir nəşr barədə 6 şikayətə eyni gündə baxılması təcrübəsinə rast gəlinməmişdi. Bu mənada «Xural» birincidir. Mətbu orqan son bir neçə ildə haqqında Şuraya müraciət ünvanlanan qəzetlərin sırasında da ön mövqedə dayanır. Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən şikayətçilər «Xural»ın hədə-qorxularından, şantajlarından, jurnalist peşəsi ilə bir araya sığmayan cılız hərəkətlərindən və həmin hərəkətlərin çoxalaraq əndazədən çıxmasından narazılıqlarını bildiriblər. Şuradan mətbu orqana ünvanlanan məktublarda qəzet rəhbərliyi cavabdeh qismində MŞ-yə dəvət olunub, şəxsən Ə. Zeynallıya qurumun Şikayətlər üzrə Komissiyasının iclasında iştirakla bağlı çağırışlar edilib. Lakin qarşı tərəf məsələyə əhəmiyyətsiz yanaşaraq «Xural»ın Mətbuat Şurasının üzvü olmadığını və buna görə də Şuranın kütləvi informasiya vasitəsi ilə əlaqədar şikayətə baxmaq səlahiyyətinin çatmadığını əsas gətirib. Halbuki bir çoxları kimi, Ə. Zeynallıya da məlum olmamış deyil ki, MŞ ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş Nizamnaməsinə, eləcə də «Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları»na istinadən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri (qəzet, jurnal və informasiya agentlikləri) ilə bağlı şikayətlərə baxa bilər. Qurum «Xural»ın «qara siyahı»ya salınması barədə qərar çıxararkən də səlahiyyətlərini rəhbər tutub. Ona əsaslanıb ki, bu mətbu orqanın indi MŞ İdarə Heyətinin üzvlərinə qarşı başladığı təhqir, böhtan, aşağılama kampaniyası əslində cəmiyyətin demək olar, bütün təbəqələrinin təmsilçilərinə ünvanlanmış tərzdə davam etdirilir və qəzet «ampulasına» sadiqdir. Nəşr hərəkətləri ilə sanki birgə yaşayışımızla bağlı, hörmətlə yanaşdığımız bütün dəyərlərə açıq demarş xətti tutub.
Mətbuat Şurası «Xural» qəzetinin ucuz populizm yaratmaq, Ə. Zeynallının özünü fədakar, qəhrəman obrazında təqdim etmək istəyini təkcə MŞ İdarə Heyətinin üzvlərinə qarşı deyil, nəşrdən haqlı narazılıq bildirən bütün şəxslərə yönələn bağışlanılmaz halları ört-basdır etmək cəhdi kimi dəyərləndirir. Redaksiya təkcə bir yazısına deyil (redaksiya bu günlərdə bir yazısına görə üzr istəyib), MŞ-də müzakirə olunan 6 şikayətə səbəb məqalələrdəki nalayiq təqdimatına görə də orada adları çəkilən şəxslərdən üzr istəməli, təkzib verməlidir.
«Xural»ın mövqeyi ölkədə qərarlaşan söz və mətbuat azadlığı prinsiplərindən sui-istifadədir, şəxsi mənafe və məqsədlər naminə bəşəri dəyərlərlə imitasiya yoludur. Mətbuat Şurası 8 illik fəaliyyəti boyunca belə dəst-xəttə malik olanları çox görüb, onlarla mübarizədə uğur qazanmağı bacarıb. Çünki qurumun müdafiə etdiyi prinsiplər düzgünlüyə, saflığa çağırış ruhludur və mediamızın nəsillərə örnək təmiz adının özünə qaytarılmasına yönəlib. Bu yolda «Xural» və onun kimilər hər hansı maneə yaratmaq iqtidarında ola bilməzlər.
«Xural» və baş redaktoru Ə.Zeynallı ölkənin media cameəsində Mətbuat Şurasının adı və nüfuzu ilə bağlı prosesləri görməməklə, yaxud özünü görməməzliyə vurmaqla sivil mətbu mühitdən təcrid vəziyyətə düşüb. Bəyanatımız bütün bunların nəşr barədəki müzakirələrin media müstəvisindən tədricən çıxmağa gətirdiyini bildirmək zərurətindən qaynaqlanır. İctimaiyyətin bizi düzgün başa düşməsini istərdik - məsələdə tək səbəbkar məhz «Xural» qəzetidir.
Mətbuat Şurası İdarə Heyətinin üzvlərinə qarşı həqarət, onları seçən ölkə jurnalistlərinə yönələn münasibətin ifadəsidir. Belə münasibət üçün adekvat cavab yalnız hüquqi müstəvidə ola bilər. Bu, bizim son seçimimizdir”.
Bəyanat Azərbaycan Mətbuat Şurasının 22 sentyabr 2011-ci il tarixli iclasında müzakirə edilərək qəbul olunub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir