Bank Of Baku

MTRŞ sədri əhaliyə xəbərdarlıq edib

MTRŞ sədri əhaliyə xəbərdarlıq edib
# 27 sentyabr 2011 07:46 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib.
MTRŞ sədri bununla bağlı əhaliyə müraciət edərək hamını bu prosesə indidən hazır olmağa çağırıb: “Rəqəmsal yayıma keçmək üçün analoq yayımı rəqəmsal yayıma uyğunlaşdırmaq lazımdır. Bunun üçün televizora dekoder alınmalıdır. Azərbaycanda Müdafiə Nazirliyinin Peyk zavodu və Kür zavodu dekoderlərin istehsalına başlayıb. Zavodlar yaxın vaxtlarda kütləvi istehsala başlayacaqlar. Eyni zamanda sahibkarlar da xaricdən dekoderlər gətirirlər”.

N. Məhərrəmlinin sözlərinə görə, hazırda dekoderlərin qiyməti 30-35 manat təşkil edir: “Amma istehsalçılarla danışıqlar aparırıq ki, bu qiymətləri aşağı salsınlar. Kütləvi istehsal olsa, o zaman qiymətlər düşməlidir”.

MTRŞ sədri Azərbaycanda iki ay paralel şəkildə həm analoq, həm də rəqəmsal yayımın aparılacağını, bundan sonra isə analoq yayımın tamamilə dayandırılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR