Bank Of Baku

MTRŞ sədri: “Sabahdan telekanallarda xarici serialların yayımının dayandırılması barədə qərar versək, ciddi problemlərlə üzləşərik”

MTRŞ sədri: “Sabahdan telekanallarda xarici serialların yayımının dayandırılması barədə qərar versək, ciddi problemlərlə üzləşərik”
# 27 sentyabr 2011 08:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bildirib ki, keyfiyyətli serialların, verilişlərin çəkilməsi üçün dönüş yaratmaq lazımdır: “Kanalların əksəriyyəti serillar çəkir. Sənədli filmlərə bağlı vəziyyət o qədər də pis deyil. Amma seriallar, bədii televiziya filmləri ilə bağlı problemlər var”.

Şura sədri qeyd edib ki, Azərbaycan prezidentinin serilların, bədii televiziya filmlərinin çəkilməsi üçün 5 milyon manat ayrılması barədə imzaladığı sərəncamın bu sahədə dönüş yaradacağına inanır: “Hesab edirəm ki, bundan sonra bu sahə inkişaf edəcək. Bu gün Azərbaycan gəncləri, tamaşaçılar xarici seriallar ruhunda tərbiyə olunmamalıdır. Gələcəkdə xarici serialların yayımını məhdudlaşdırmaq üçün biz gərək bazamızı gücləndirək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR