Bank Of Baku

Bakıda yayım standartlarına həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bakıda yayım standartlarına həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 27 sentyabr 2011 11:19 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı məlumat verib. O, bildirib ki, ölkədə bu məsələ ilə bağlı görülən işlər tamamlanmaq üzrədir və rəqəmsal yayıma keçid noyabrdan sonda baş tutacaq.

Konfransda Avropa İttifaqı ölkələrində teleradio yayımının tənzimlənməsi haqqında təcrübələr bölüşdürülüb. Bununla bağlı Rumıniya və Macarıstan teleradio yayım şuralarının nümayəndələri ilə online söhbət aparılıb. Gürcüstanın media eksperti Laşa Tuqusi tədbirdə yayım standartları ilə əlaqədar ölkəsinin təcrübəsindən danışıb. O, bu sahədə əldə edilən üstünlüklər və rast gəlinən çətinliklər haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR