Bank Of Baku

APA beynəlxalq mükafata layiq görülüb

APA beynəlxalq mükafata layiq görülüb
# 30 sentyabr 2011 10:18 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, mükafat APA-nın sammitə verdiyi media dəstəyinə görə verilib.

Sammitdən sonra keçirilən mərasimdə mükafatı APA-ya Bosniya-Herseqovina Beynəlxalq Bankının baş direktoru Amer Bukviç təqdim edib.

Mükafat mərasiminin başa çatmasından sonra İstanbul Maliyyə Sammiti Məşvərət Şurasının sədri, professor Murat Yülek tədbirin keçirilməsi üçün APA-ya təşəkkürünü bildirib: “Bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirməyimiz üçün APA bizə mükəmməl dəstək verdi, sammitlə bağlı xəbərlərimizi bir neçə dildə çap etdi. Mən Bakıya çox getmişəm. Mərhum xalq şairi Bəxtiyar Vahabzadə bizim ailə dostumuz idi. Bundan sonrakı tədbirlərimizdə də APA-nın bizimlə birlikdə olacağına inanıram”.

Qeyd edək ki, iki gün davam II İstanbul Maliyyə Sammitində Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Əli Babacan, iqtisadiyyat naziri Zəfər Çağlayan, inkişaf naziri Cevdət Yılmaz, Böyük Britaniyanın əmək naziri Vince Cable, Avropa, Orta və Uzaq Şərq ölkələrinin bank və birja direktorları çıxış ediblər. Sammitin mövzusu “Qlobal toparlanmaya doğru: təcrübələr və çətinliklər” olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR