Bank Of Baku

Azərbaycanda daha dörd teleradio şirkətinin lisenziyası uzadılıb – YENİLƏNİB

Azərbaycanda daha dörd teleradio şirkətinin lisenziyası uzadılıb – <font color=red>YENİLƏNİB</font>
# 30 sentyabr 2011 14:21 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, iclasda “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, “Azad Azərbaycan” Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, “Türkel TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. MTRŞ “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Lider TV və Radio Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı, “Azad Azərbaycan” Teleradio Kompaniyasının 106 Mhz və 106.3 Mhz tezlikləri üzrə radio yayımı, “Türkel TV” MMC-nin regional televiziya yayımı üçün lisenziya müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, indiyədək MTRŞ "Neptun” firması, “AG Telekom" MMC, "Faraon-1" MMC, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, "BURC FM LTD" MMC, "Kəpəz Müstəqil Teleradio Şirkəti" MMC, "DİGİCOM" MMC, "Antenn" Müstəqil Teleradio Şirkəti, "Dünya" Müstəqil Televiziya Şirkəti və "Mingəçevir" Televiziyasının lisenziya müddətinin daha 6 il müddətinə uzadılması barədə qərar qəbul edib. "SKY" MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün lisenziya müddətinin uzadılması üçün MTRŞ-ya müraciət edilmədiyindən bu şirkətin lisenziya müddəti uzadılmayıb.

İlin sonunadək MTRŞ daha iki teleradio şirkətinin lisenziyasının uzadılması məsələsinə baxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR