Bank Of Baku

İspaniya KİV nümayəndələrinin Azərbaycana press-turu təşkil edilib

İspaniya KİV nümayəndələrinin Azərbaycana press-turu təşkil edilib
# 04 oktyabr 2011 09:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İspaniyanın qabaqcıl kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 8 nəfərlik heyətin Azərbaycana press-turu təşkil edilib. Səfər Azərbaycan və İspaniya arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi və ölkəmizin turizm imkanlarının təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub. Nazirlikdən APA-ya verilən məlumata görə, nümayəndə heyəti üçün Bakı şəhəri, İsmayıllı rayonu, Qəbələ şəhəri, Şəki şəhəri və Naftalan şəhəri üzrə mədəni və tarixi abidələrə, mehmanxanalara, muzeylərə, görməli yerlərə və digər obyektlərə turlar təşkil ediləcək. Press-turun nəticəsi olaraq İspaniyanın qəzet və jurnallarında jurnalistlər tərəfindən Azərbaycana həsr edilmiş silsilə məqalələrin nəşr edilməsi nəzərdə tutulur.
Səfər oktyabrın 9-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR