Bank Of Baku

Əflatun Amaşov Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısına qatılacaq

Əflatun Amaşov Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısına qatılacaq
# 04 oktyabr 2011 10:11 (UTC +04:00)
Bakı-APA. Oktyabrın 5-dən 8-dək Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı keçiriləcək. Bu barədə APA-ya Mətbuat Şurasından (MŞ) bildirilib. MŞ sədri Əflatun Amaşovun qatılacağı toplantıda Avropada fəaliyyət göstərən mətbuat şuralarının fəaliyyətləri təhlil olunacaq, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsi aparılacaq. Tədbirdə eyni zamanda qitədəki mətbuat şuraları rəhbərlərinin hesabatla çıxış etmələri də nəzərdə tutulur.

MŞ sədri, həmçinin Moskvada Avropa Şurasının təşəbbüsü ilə keçiriləcək, Cənubi Qafqazda və Moldovada medianın vəziyyətinə həsr olunacaq görüşə də qatılacaq.
Qeyd olunub ki, bu görüş bir neçə ay əvvəl Avropa Şurasının təşəbbüsü ilə Moldovada baş tutan konfransın yekunlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir. Toplantıda ümumən postsovet məkanında özünütənzimləmə ilə əlaqədar vahid informasiya şəbəkəsinin yaradılması və jurnalist qurumlarının bu prosesdə oynayacaqları rola dair diskussiyalar gedəcək, məsələ ətrafında ortaq nəticəyə gəlinəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR