Bank Of Baku

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında çıxış edib

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında çıxış edib
# 06 oktyabr 2011 09:59 (UTC +04:00)
Bakı - APA. Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı başlayıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, 3 gün davam edəcək tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Ə. Amaşov XII illik toplantıdan keçən müddət ərzində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Əsasən quruma ünvanlanan şikayətlər üzərində dayanan sədr vurğulayıb ki, MŞ ölkə mediasındakı neqativ hallarla mübarizədə ictimai qınağa üstünlük verir. Bununla yanaşı, şura ölkədə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsi istiqamətində də işlər aparır. Diffamasiya haqqında qanun layihəsinin hazırlanmasına diqqət çəkən Ə. Amaşov ötən müddətdə paralel olaraq jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirildiyini də söyləyib.

Avropada fəaliyyət göstərən mətbuat şuralarının fəaliyyətlərinin təhlil olunacağı, müxtəlif ölkələrdə bu qurumların fərqli iş prinsipləri ətrafında fikir mübadiləsinin aparılacağı toplantı öz işini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR