Bank Of Baku

“APA Group” Lent.az saytına girişdə problem yaranması ilə bağlı açıqlama yayıb

“APA Group” Lent.az saytına girişdə problem yaranması ilə bağlı açıqlama yayıb
# 06 oktyabr 2011 11:54 (UTC +04:00)
APA Group”un informasiya kommunikasiya texnologiyaları departamentindən verilən məlumata görə, saytda yaranmış problemə “Adsahil” Reklam Şirkəti tərəfindən sayta yerləşdirilmiş reklam banneri səbəb olub.

Şirkətimizin mütəxəssislərinin bildirdiyinə görə, “Adsahil”in serverinə, yaxud bannerə edilmiş kənar müdaxilə istifadəçilər üçün təhlükə yaratdığından Google axtarış sistemi bu sayta girişi məhdudlaşdırıb.

Şirkətimizin mütəxəssisləri Google şirkəti ilə əlaqə saxlayaraq, problemi aradan qaldırmaq uçun danışıqlar aparıblar. Yaxın saatlarda problem həllini tapacaq.

APA Group” baş vermiş hadisə ilə bağlı “Adsahil” Reklam Şirkətinin məsuliyyət daşıdığını bildirir. Şirkətimizin nüfuzuna vurulmuş ziyanla bağlı hüquqi müstəvidə mübarizə aparacağıq.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən daha bir neçə sayt da bu problemlə üzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR