Bank Of Baku

DAK həmsədri və qurumun İdarə Heyətinin üzvləri APA-nın qonağı olublar - FOTO

DAK həmsədri və qurumun İdarə Heyətinin üzvləri APA-nın qonağı olublar - <font color=red>FOTO</font>
# 07 oktyabr 2011 14:38 (UTC +04:00)
Qurumun baş direktoru Vüsalə Mahirqizi ilə görüşən Firudin Pərvizniya, Əjdər Tağızadə, Məhəmməd Müştaq, Nurəddin Qərəvi, Babək Tağızadə APA İnformasiya Agentliyi ilə əməkdaşlıqdan məmnunluq duyduqlarını deyiblər. DAK təmsilçiləri Güney Azərbaycanla bağlı xəbərləri davamlı yayımladığına və İranda hüquqları pozulan türklərin problemlərini diqqətdə saxladıqlarına görə APA-ya öz təşəkkürlərini bildiriblər.

Görüşdə əsas müzakirə mövzusu Güney Azərbaycan türklərinin milli haqları uğrunda apardıqları mücadilə olub. APA-nın İran hökumətinin türklərə qarşı tətbiq etdiyi informasiya blokadasını yarması istiqamətindəki fəaliyyəti təqdir edilib.

Qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılan görüşdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri də müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR