Bank Of Baku

Avropa Mətbuat Şuraları Alyansının XIV illik toplantısı Brüsseldə keçiriləcək

Avropa Mətbuat Şuraları Alyansının XIV illik toplantısı Brüsseldə keçiriləcək
# 10 oktyabr 2011 09:27 (UTC +04:00)
Bakı – APA. Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. MŞ-dan APA-ya verilən məlumata görə, Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb.

Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat Şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub.

Tədbirdə Avropa Mətbuat Şuraları Alyansının XIV illki toplantısının Belçikanın paytaxtı Brüsseldə təşkili qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR