Bank Of Baku

MTRŞ bu ayın sonunadək milli televiziya filmlərinin çəkilməsi ilə bağlı qərar verəcək

MTRŞ bu ayın sonunadək milli televiziya filmlərinin çəkilməsi ilə bağlı qərar verəcək
# 11 oktyabr 2011 15:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) milli televiziya filmlərinin çəkilməsi ilə bağlı ölkə prezidentinin ehtiyat fondundan ayrılan 5 milyon manat vəsaitin xərclənməsi üçün bir sıra şərtlərin olduğunu açıqlayıb. APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, çəkiləcək serialların adı, smeta xərcləri, dövriliyi əvvəlcədən bilinməlidir: “Maliyyə Nazirliyinin qaydalarına görə, 200 min manatdan yuxarı olan vəsait üçün tender elan olunmalıdır. Milli televiziya filmlərinin çəkilməsi üçün tender, yoxsa katirovka elan edəcəyik, bu məsələlərə baxılacaq”.

N. Məhərrəmli deyib ki, bu ayın axırına qədər MTRŞ milli televiziya filmlərinin çəkilməsi ilə bağlı qərar verəcək. Bununla bağlı Şuranın ayrıca iclası da ola bilər: “Biz bu vəsaiti telekanallara vermək fikrindəyik. Biz indiki mərhələdə telekanallarla, telekanallar isə prodakşnlarla işləyəcək. Məsuliyyəti də telekanalların üzərinə qoyacağıq. Çünki prodakşnın çəkdiyi filmlər telekanallarda göstərilməyə də bilər”.

Çəkiləcək filmlərin mövzularına gəlincə, şura sədrinin sözlərinə görə, telekanalların öz mövzuları olacaq: “Amma biz onlara dəfələrlə demişik ki, çəkiləcək mövzular Azərbaycanın indiki reallıqlarına, milli-mənəvi dəyərlərə uyğun olmalı, hərbi vətənpərvərlik mövzusuna üstünlük verilməli, gənclərin həyati fəaliyyətindən bəhs etməlidir. Bayağı, bizim xalqın mentalitetinə uyğun olmayan mövzular olmamalıdır. Bununla bağlı şurada yaradıcı qrup formalaşacaq. Yaradıcı qrup verilən ssenarilərlə tanış olacaq, serialların ilkin hissələrini qiymətləndirəcək. Biz maksimum çalışağıq ki, efirimizin doldurulması üçün bu məbləğdən maksimum yararlanaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR