Bank Of Baku

CNN Azərbaycandan növbəti reportaj yayımlayıb

CNN Azərbaycandan növbəti reportaj yayımlayıb
# 13 oktyabr 2011 11:38 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ABŞ-ın məşhur CNN teleşirkəti Azərbaycandan növbəti reportaj yayımlayıb. APA-nın məlumatına görə, televiziyanın tanınmış aparıcısı Beki Anderson öz materialında Azərbaycanda “İpək Yolu” nəqliyyat şəbəkəsinin inşaatından söhbət açıb.

Azərbaycan rayonlarında qədim “İpək Yolu”nun tikintisinin əks olunduğu reportajda beynəlxalq və yerli mütəxəssislər bu layihənin əhəmiyyəti barədə danışıb, layihəyə cəlb edilmiş fəhlələr də tikintiyə dair fikirlərini bölüşüblər. Reportajda bildirilib ki, min il öncə Azərbaycandan keçməklə Asiyadan Avropaya uzanan qədim İpək Yolu yenidən bərpa olunur və Azərbaycan bu bərpa işlərinin mərkəzində qərarlaşıb: “Qədim “İpək Yolu”nun müasir dövrdə bərpası həm Azərbaycan, həm də digər region dövlətlərinə böyük iqtisadi faydalar gətirəcək”.

Xatırladaq ki, bir müddət əvvəl CNN neft daşları haqqında süjet yayımlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR