Bank Of Baku

Tiflisdə Cənubi Qafqaz kütləvi informasiya vasitələrinin 8-ci illik konfransı keçiriləcək

Tiflisdə Cənubi Qafqaz kütləvi informasiya vasitələrinin 8-ci illik konfransı keçiriləcək
# 17 oktyabr 2011 11:23 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Oktyabrın 20-də Tiflisdə Cənubi Qafqaz kütləvi informasiya vasitələrinin 8-ci illik konfransının açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, konfransda ATƏT-in söz və mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç giriş nitqi söyləyəcək.

Tədbirdə Azərbaycan, Ermənistan və Gürcüstandan 70-dən artıq jurnalist, QHT təmsilçisi, dövlət məmuru və tədqiqatçı, həmçinin beynəlxalq ekspertlər ATƏT və Cənubi Qafqaz regionunda plüralizmin inkişafında internetin rolunu müzakirə edəcəklər. Konfransın yekununda müzakirə olunan mövzu ilə bağlı tövsiyələr hazırlanaraq qəbul olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR