Bank Of Baku

CNN Azərbaycan barədə reportaj yayımlayıb

CNN Azərbaycan barədə reportaj yayımlayıb
# 20 oktyabr 2011 10:29 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. CNN Azərbaycan barədə növbəti reportaj yayımlayıb. APA-nın məlumatına görə, telekanalın tanınmış aparıcısı Beki Andersonun müəllifi olduğu telesüjetdə söhbət Bakı limanı və onun artan əhəmiyyətindən gedir.

Reportajda bildirilir ki, strateji regional əhəmiyyətə malik Bakı limanı vasitəsilə yalnız mülki xarakterli yüklər qərb-şərq istiqamətində daşınmır, liman vasitəsilə həm də Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri müxtəlif təyinatlı mallarla da təchiz edilir. Süjetdə Ələt qəsəbəsində yeni limanın inşa olunduğu xəbər verilir və Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin istifadəyə verilməsindən sonra Azərbaycanın regional əhəmiyyətinin və iqtsiadi faydalarının daha da artacağı vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR