Bank Of Baku

Cənubi Qafqazda KİV-in durumu ilə bağlı 8-ci illik konfrans başlayıb

Cənubi Qafqazda KİV-in durumu ilə bağlı 8-ci illik konfrans başlayıb
# 20 oktyabr 2011 12:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Gürcüstanın paytaxtı Tiflis şəhərində Cənubi Qafqazda KİV-in durumu ilə bağlı 8-ci illik konfrans başlayıb. APA-nın xəbərinə görə, tədbiri ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç açıb.

D. Miyatoviç bildirib ki, hər üç Cənubi Qafqaz ölkəsində internet azaddır, lakin dünyada interneti nəzarətə götürmək cəhdləri getdikcə artır: “Söhbət ondan getmir ki, hökumətlər interneti tənzimləməlidir, yoxsa yox. Məsələ ondadır ki, internetin məzmunu necə, hansı dərəcədə tənzimlənməlidir və söz azadlığına dost olan alternativ və daha effektiv metodlar varmı?”

Qeyd edək ki, konfransda Gürcüstan, Azərbaycan və Ermənistandan 70-dən çox jurnalist, dövlət məmuru və alim iştirak edir. Əsas müzakirə mövzusu internet mediası və onlayn kütləvi informasiya vasitələrində plüralizm məsələsidir. Tədbir Almaniya, Fransa, Avstriya, Norveç və İsveçrənin maliyyə dəstəyi ilə təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR