Mətbuat Şurasının sədri və bəzi redaktorlar “Xural”ın əmlakının müsadirə olunmasına münasibət bildiriblər
MŞ sədri bildirib ki, rəhbərlik etdiyi qurum birmənalı qaydada jurnalistlərin yazdıqları yazıya görə həbsinin əleyhinədir. Buna görə də diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb: “Amma bu qanun jurnalistləri məsuliyyətdən azad etmir. Əksinə diffamasiya mühiti onları həssas münasibətə səsləyir. «Xural» qəzetindən bu həssaslığı görməmişik. Şuraya nəşrin fəaliyyəti ilə bağlı şikayətlər indi də daxil olmaqdadır. Düşünürəm ki, şikayətçilərin hər biri nəşr barədə eyni məzmunlu məhkəmə ölçüsünün götürülməsinə nail ola bilərdi. Bunun üçün hüquqi əsasları da var”.
“Əgər ortada məhkəmə qərarı varsa, bu qərarın icrası həyata keçirilməlidir. Qərar hansı qəzetlə bağlı olur-olsun, icra olunmalıdır”. Bunu isə APA-ya açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib. O bildirib ki, Azərbaycanda çox vaxt məhkəmə qərarlarının icrası lazımi səviyyədə keçirilmir: “İndi burda qərar icra olunub, mən də qeyri-adi bir şey görmürəm. “Xural” qəzeti ilə bağlı Mətbuat Şurası da müzakirələr aparıb, bu qəzetin adını “qara siyahı”ya saldı. Hər halda, müsadirə məsələsi son vaxtlarda gündəlik çıxan bu qəzetin fəaliyyətinə təsir edəcək. Amma gərək “Xural” qəzeti də bu məsələləri nəzərə alsın, gələcək fəaliyyətində insanlarla bağlı təhqir və böhtanlara yol verməsin”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya açıqlamasında deyib ki, bir qəzetin əlindən kompyuterlərinin alınması istənilən halda normal deyil: “Eyni zamanda mən məhkəmə qərarı ilə tanış olmuşam. Məhkəmə qərarında qərardadın dərhal icraya yönəldilməsi göstərilməyib. Hər halda bu, arzuolunmaz haldır”.
R. Arifoğlu deyib ki, Azərbaycanda dövlət başçısının mətbuata yönəlik siyasəti son illərdə liberallaşma, loyallaşma istiqamətindədir: “Prezident İlham Əliyev mətbuatla işləmək və yaxınlaşmaq kursu götürüb. O cümlədən də KİV-in İnkişafına Dövlət Dəstəyi qurumunu yaradaraq, hətta müxalifət qəzetləri də daxil olmaqla, medianın maliyyələşməsi, qalxınmasını təmin etmək xəttini yürüdüb. Bizlər də bu xətti təqdir etmişik”.
R. Arifoğlu bütün bunlardan sonra belə hadisənin baş verməsinə təəssüfləndiyini deyib.
“Ədalət” qəzetinin təsisçisi və baş məsləhətçisi Aqil Abbas APA-ya açıqlamasında heç bir qəzetin əmlakının müsadirə olunmasının tərəfdarı olmadığını bildirib: “Belə şeylərə bir qədər diqqət ayrılmalıdır. Amma bilirəm ki, kimsə məhkəmədə uduzubsa, müvafiq cəriməni ödəməlidir. Ya bütöv, ya da hissə-hissə. Ödənsəydi, əmlak da müsadirə olunmayacaqdı. Amma indiki halda məhkəmənin qərarı var, onun yerinə yetirilməsində məhkəmə icraçısının heç bir günahı yoxdur. Bir daha deyirəm, açığı, mən istəmərəm ki, hər hansı mətbuat orqanı belə bir situasiya ilə üzləşsin. Amma təbii ki, hər bir qəzet də müəyyən şeyləri fikirləşməlidir ki, məhkəmə prosesi ola bilər, cərimə ola bilər və s. Bir şeyi də deyim ki, çox istərdim məhkəmə “Xural” qəzetinə vaxt verəydi, onlar da cərimə pulunu ödəyəydi”.
Xatırladaq ki, “Xural” qəzetinin əmlakı oktyabrın 19-da Nərimanov Rayon məhkəmə icraçıları tərəfindən müsadirə olunub.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb