Bank Of Baku

Sabah Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu keçiriləcək

Sabah Bakıda Türkdili Ölkələrin və Toplumların II Media Forumu keçiriləcək
# 27 oktyabr 2011 08:05 (UTC +04:00)
Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, tədbirin təşkilatçıları MŞ və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur. Foruma Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən, İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovadan, nümayəndələr qatılacaqlar.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov forumda «Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər» mövzusunda çıxış edəcək.

Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər.

Forumun ikinci iclasında iki panel mövzu ətrafında müzakirələr aparılacaq. Bunlardan birincisi «Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi» mövzusudur. Digər iclas isə sosial medianın türkdilli xalqlar yaşayan bölgələrdəki vəziyyəti ilə bağlı olacaq.

Tədbir oktyabın 28-də saat 10.00-da “Kempinski” otelində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR