Bank Of Baku

Azərbaycanda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu başlayıb - YENİLƏNİB - FOTOSESSİYA

Azərbaycanda Türkdilli Ölkələrin və Toplumların II Media Forumu başlayıb - <font color=red>YENİLƏNİB - FOTOSESSİYA</font>
# 28 oktyabr 2011 07:15 (UTC +04:00)
APA-nın məlumatına görə, “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, KKTC və digər ölkələrin nümayəndələri iştirak edir.

Forumda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov növbəti forumun əhəmiyyətli olacağına inandığını vurğulayıb. O, Azərbaycan prezidentinin forumun yüksək səviyyədə keçməsinə dəstək verdiyini bildirib.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin Foruma ünvanladığı təbrik məktubunu oxuyub.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu isə Başbakanlıq Basın Yayın İnformasiya genel müdiri Murat Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR