Bank Of Baku

Əli Həsənov: “Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsə də, media sahəsində əməkdaşlıqda gecikiblər”

Əli Həsənov: “Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsə də, media sahəsində əməkdaşlıqda gecikiblər”
# 28 oktyabr 2011 08:16 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsə də, media sahəsində əməkdaşlıqda gecikiblər”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Ölkələrin II Media Forumunda “Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər” mövzusunda çıxışında deyib. Ə. Həsənov bildirib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşib və belə bir problemini dünyaya lazımınca çatdıra bilməyib: “Bir ovuc erməninin əlində 70 milyonluq türk az qala aciz qalıb. Ermənilər qondarma iddia ilə Türkiyəni dünyanın gözündən salmaq istəyirlər”.

PA şöbə müdiri türkdilli ölkələrin birgə media quruluşunun yaradılmasının vacibliyini vurğulayıb: “Dünyanın informasiya siyasəti bəlli çevrənin əlində birləşib. Bizim hər birimiz bir dinin, bir soyun, bir regionun təmsilçiləriyik, bir mədəniyyətin daşıyıcılarıyıq. Amma görün, dünyada İslamı nə qədər biabır edirlər? İslamı terrorla eyniləşdirirlər. Bizim bir müsəlman, türk təəssübkeşliyimiz olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR