Bank Of Baku

MTRŞ sədri: “Yaxın günlərdə Azərbaycanın 85 faiz ərazisi rəqəmsal yayımla təmin olunacaq” - YENİLƏNİB

MTRŞ sədri: “Yaxın günlərdə Azərbaycanın 85 faiz ərazisi rəqəmsal yayımla təmin olunacaq” - <font color=red>YENİLƏNİB</font>
# 28 oktyabr 2011 09:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib. Şura sədri bildirib ki, yaxın günlərdə Azərbaycanın 85 faiz ərazisi rəqəmsal yayımla təmin olunacaq.

N. Məhərrəmli məsələ ilə bağlı müəyyən narahatçılıqlarının olduğunu da deyib: “Narahatçılıq əsasən əhalinin durumu ilə bağlıdır. Birdə-birə rəqəmsal yayıma keçmək üçün bütün evlərdə bu yayımın qəbulu olmalıdır. Buna görə də Azərbaycan prezidentinə müraciət etmişik ki, ölkə əhalisinin aztəminatlı hissəsinə yardım edilsin. Hesab edirəm ki, təxminən 500-600 min nəfərlik təbəqəyə yardım edilməlidir. Əgər bu olarsa, biz çox qısa müddətdə rəqəmsal yayıma tam keçə bilərik. Təbii ki, rəqəmsal yayıma keçərkən, analoq yayım dayandırılacaq. Ancaq hələ ki, müəyyən müddət ərzində həm rəqəmsal yayım, həm də analoq yayım paralel olaraq davam edəcək. Düşünürəm ki, 2012-ci ildə tam rəqəmsal yayıma keçid mümkün olacaq”.

N. Məhərrəmli bildirib ki, rəqəmsal yayıma keçiddən sonra bir tezlikdə 12 kanal yayımlanacaq. Bundan başqa, əhali çoxlu sayda interaktiv xidmətlərdən istifadə edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR