Bank Of Baku

“Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi” mövzusunda panel keçirilib - FOTO

“Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi” mövzusunda panel keçirilib - <font color=red>FOTO</font>
# 28 oktyabr 2011 13:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, panel “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid moderatorluğu ilə baş tutub. Paneldə Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin təmsilçisi Fikrət Oğuz Atəş məruzə edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə təbriklərini çatdıran məruzəçi Azərbaycana bu foruma ev sahibliyi etdiyinə görə təşəkkür edib.
Türkiyə SAM nümayəndəsi deyib ki, bu gün dünyada qloballaşma ilə yanaşı bölgələşmə prosesi də gedir, Avropa Birliyinin olması buna bir misaldır: “Türkdilli ölkələr də bu yöndə hərəkət etməlidirlər. Medianın bu istiqamətdə rolu danılmazdır”.

Türk Musiqi Birliyi (TMB) kanalının Azərbaycandakı nümayəndəsi Tahir Aydınoğlu çıxışında ortaq türkdilli informasiya agentliyi yaradılmasının vacibliyini vurğulayıb.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə qondarma erməni soyqırımı məsələsində türkdilli dövlətlərinin ortaq mövqelərinin olmadığını deyib.
Paneldə, həmçinin “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR