Bank Of Baku

Əli Həsənov: “Türkdilli Ölkələrin və Toplumların Media Platforması heç kimə qarşı yönəlməyib” - YENİLƏNİB

Əli Həsənov: “Türkdilli Ölkələrin və Toplumların Media Platforması heç kimə qarşı yönəlməyib” - <font color=red>YENİLƏNİB</font>
# 28 oktyabr 2011 15:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Türkdilli Ölkələrin və Toplumların Media Platforması heç kimə qarşı yönəlməyib. Bu, bizim varlığımızın dünyaya təqdim olunmasında bir vasitədir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, yaradılan platforma hər hansı dövlətə, o cümlədən Rusiyaya qarşı yönəlməyib: “Rusiya bizim strateji tərəfdaşımızdır”.

Ə. Həsənov qeyd edib ki, Rusiyada yaşayan türklər və müsəlmanlar vəziyyətlərindən çox razıdırlar: “Təəssüflər olsun ki, Rusiyada bəzi qüvvələr belə qələmə verməyə çalışacaqlar ki, Türkdilli Ölkələrin və Toplumların Media Platforması yaradıldı, bundan Rusiyaya qarşı vasitə kimi istifadə olunacaq. Amma bu, qətiyyən belə deyil. Biz Rusiya ilə tərəfdaşlığımız, strateji müttəfiqimizi davam etdiririk. Rusiya Türkiyənin də, Azərbaycanın da, Qazaxıstanın da, Qırğızıstanın da, Türkmənistanın da, Özbəkistanın da, digər türk toplumlarının da dostu, həmçinin, bölgənin böyük dövləti olaraq qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR