Bank Of Baku

APA ilə Kərkük Xəbər Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

APA ilə Kərkük Xəbər Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 31 oktyabr 2011 14:03 (UTC +04:00)
APA-nın məlumatına görə, müqaviləni “APA-Group”-in rəhbəri Vüsalə Mahirqızı və KHA və Türkmeneli Televiziyasının baş direktoru Ersan Sarıkahya imzalayıblar.

Müqavilədə agentliklər arasında informasiya mübadiləsi və kadr təcrübəsi sahəsində əməkdaşlıq, mümkün birgə layihələrin icrası və s. nəzərdə tutulur.

KHA 2005-ci ildə yaradılıb. Agentlik iki dildə – türk və ərəb dillərində fəaliyyət göstərir. Yaxın gələcəkdə agentliyin ingilis dilində də xəbər yayımı planlaşdırılır. KHA-nın İraqdan başqa, Türkiyədə (Ankara şəhərində) də müxbir postu var.

APA informasiya agentliyi (www.apa.az) 2004-cü il noyabrın 16-da yaradılıb, Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və “on-line” sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Agentlik həftənin bütün günləri hər beş dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları var. Azərbaycanda nəşr olunan və yayımlanan 150-dən çox kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları da APA-nın daimi abunəçisidir. Agentliyin Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Orta Asiya və ABŞ-da ofisləri fəaliyyət göstərir.

Agentlik Avropa Şurasında, Dövlət Departamentində, Rusiya XİN-də rəsmi qeydiyyatdan keçib. APA dünyanın bir çox analitik mərkəzləri, o cümlədən “Stratfor” Qlobal Məlumat Şirkəti ilə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR