Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun nümayəndələri ilə Azərbaycan Mətbuat Şurasının rəhbərliyi arasında görüş keçirilib

Beynəlxalq Mətbuat İnstitutunun nümayəndələri ilə Azərbaycan Mətbuat Şurasının rəhbərliyi arasında görüş keçirilib
# 04 noyabr 2011 13:38 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun nümayəndələri ilə Azərbaycan Mətbuat Şurasının rəhbərliyi arasında görüş keçirilib. APA-nın xəbərinə görə, qurumun Almaniya, Cənubi Koreya, Türkiyə, Hindistan və Nigeriyadan olan üzvləri Azərrbaycan mətbuatının mövcud vəziyyəti və inkişaf perspekivləri ilə maraqlanıblar.

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Elison Makkenzi bildirib ki, səfərlərində bir neçə məqsəd var. Azərbaycan jurnlasitlərini mətbuatın dəstəklənməsinə yönələn beynəlxalq səylərə qoşulmağa dəvət etmək və qurumun milli komitə sədrlərinin iclasında iştirak bu məqsədlər arasındadır.

Bundan başqa, bildirilib ki, gələn ilin sentyabr ayında Bakıda “Neft-qaz və media” mövzusunda beynəlxalq konfransın keçirilməsi planlaşdırılır və Bakıya hazırkı səfər bu tədbirin təşklilinin müzakirəsi ilə də bağlıdır.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov qonaqlara Azərbaycan mətbuatının hazırkı vəziyyəti barədə qısa məlumat verib.

Görüş zamanı Beynəlxalq Mətbuat İnstitutunun nümayəndələri jurnalist Əvəz Zeynallının məhkəmə hökmü olmadan həbsə atılmasından narahatlıqlarını ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR