Bank Of Baku

Azərbaycan rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan olunub

Azərbaycan rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan olunub
# 04 noyabr 2011 14:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan rabitəsinin yaranmasının 130 illiyi ilə əlaqədar jurnalistlər arasında yazı müsabiqəsi elan edib. Bu barədə APA-ya KİVDF-nin mətbuat xidmətindən məlumat verilib. Müsabiqə 7 mövzu üzrə – “Medianın inkişafında İKT-nin rolu”, “Azərbaycan telekommunikasiyası inkişaf yolunda”, “Azərbaycanda İKT-nin inkişafı və informasiya təhlükəsizliyinin təminatı”, “Azərbaycan poçtunun dünəni və bu günü”, “Azərbaycanda informasiya cəmiyyəti quruculuğu: elektron hökümət”, “Azərbaycanda kosmik sənayenin inkişaf perspektivləri” və “Azərbaycan virtual məkanda: milli maraqlarımızı necə təmin edək” mövzuları üzrə keçirilir.

Müsabiqədə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim edilmiş yazı elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Yazılar şəxsən noyabrın 5-dən dekabrın 1-dək KİVDF-yə təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş yazılar üçün mükafat məbləği I yer üçün 1000 manat, II yer 800 manat, II yer 600 manat, həvəsləndirici mükafat 300 manat müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR