Bank Of Baku

Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin Bakıda keçirilən I toplantısı başa çatıb - FOTOSESSİYA

Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin Bakıda keçirilən I toplantısı başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 04 noyabr 2011 15:36 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Mətbuat İnstitutunun (BMI) Milli Komitələrinin sədrlərinin “Milli Komitələrin inkişaf platforması” adlı altında Bakıda keçirilən I toplantısı bu gün başa çatıb. Bu barədə APA-ya BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. BMİ tarixində ilk dəfə keçirilən bu toplantıya institutun direktoru Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, Milli Komitələrin rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Slaveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Şimali Koreya), Rahim Adedoyin (Nigeriya) Ferai Tinc (Türkiyə) və Latviyadan yeni üzvlüyə qəbul edilən Modris Audinş qatılıblar.

Bugünkü toplantıya BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu rəhbərlik edib. Toplantıda Milli Komitə rəhbərləri BMİ-nin Regional Əməkdaşlıq strategiyasının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər. Müzakirələr nəticəsində gələcəkdə Bakıda BMİ-nin Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələri əhatə edəcək Regional Təşəbbüs Mərkəzinin yaradılması qərar alınıb.
Daha sonra Milli Komitə rəhbərləri tədbirdə Bakı Bəyannaməsini müzakirə ediblər. Müzakirələrdən sonra Bakı Bəyannaməsi qəbul edilib.

BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri Vüsalə Mahirqızı, Ramiz Əsgər, Azər Həsrət və “İnsan Haqları Uğrunda” birliyinin sədri Eynulla Fətullayev qonaqlarla görüşüblər. Görüş zamanı Azərbaycan mediasının vəziyyəti müzakirə edilib.
Günün ikinci yarısında isə A.Makkanze, K.Klint və Milli Komitələrin rəhbərləri Azərbaycan Mətbuat Şurasında olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR