Qadın məsələlərini araşdıran avropalı jurnalist “APA-Group”-da olub

Qadın məsələlərini araşdıran avropalı jurnalist “APA-Group”-da olub
# 16 noyabr 2011 10:56 (UTC +04:00)
C. Storer “APA-Group”-un rəhbəri Vüsalə Mahirqızı ilə görüşüb. Avropa-Azərbaycan Cəmiyyətinin xətti ilə Azərbaycana səfərə gələn xanım jurnalist ölkəmizdə qadınların siyasi həyatda, ailədə və cəmiyyətdə rolu, məişət zorakılığı və digər problemlərlə maraqlandığını bildirib, Azərbaycanda bu sahədə vəziyyətlə tanışlığın səfirinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Öz növbəsində, V. Mahirqızı Azərbaycan qadının ictimai-siyasi mövqeyindən, ailədəki rolundan danışıb. V. Mahirqızı Azərbaycanın qadınlara səsvermə hüququ tanıyan ilk Şərq ölkəsi olduğunu qeyd edib, onların bu gün də cəmiyyətin bütün sahələrində aktivlik göstərdiyini vurğulayıb. Ölkədə bütün sahələrdə qadın-kişi bərabərliyinin olduğunu deyən V. Mahirqızı dövlət vəzifələrinə təyinatda, habelə Milli Məclisə seçkilərdə qadınlara hər hansı kvota tətbiq edilmədiyini bildirib. O, Azərbaycan qadınlarının öz hüquqlarından istifadə etməsinə heç bir problem olmadığını da diqqətə çatdırıb.

V. Mahirqızı qonağa rəhbəri olduğu holdinq, qadınların buradakı fəaliyyəti haqqında da məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR