Bank Of Baku

“Euronews” kanalının Müşahidə Şurasının sədri: “Azərbaycanın Avropanı, Avropanın isə Azərbaycanı daha yaxından tanımasında “Euronews” kanalı mühüm rol oynayacaq"

“Euronews” kanalının Müşahidə Şurasının sədri: “Azərbaycanın Avropanı, Avropanın isə Azərbaycanı daha yaxından tanımasında “Euronews” kanalı mühüm rol oynayacaq"
# 16 noyabr 2011 15:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luigi Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Piters İçərişəhər Tarix-Memarlıq Qoruğunda və Milli Azərbaycan Tarixi Muzeyində olublar. İctimai Televiziya və Radionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, qonaqlara İçərişəhərin tarixi və memarlıq abidələri və Milli Azərbaycan Tarixi Muzeyində toplanan mühüm eksponatlar barədə geniş məlumat verilib, ölkəmizin tarixi və mədəniyyəti haqqında informasiyalarla zəngin materiallar, muzeyin nəşrləri hədiyyə olunub. Piyer Luigi Malesani Bakının çox əsrarəngiz şəhər olduğunu deyib və Azərbaycan haqqında fikirlərini bölüşüb: “Bir neçə dəfə burada olmuşam və hər dəfə gələndə özüm üçün yeni gözəlliklər kəşf edirəm. Xüsusilə yeni tikililər və infrastrukturun sürətli inkişafı diqqətimi cəlb edir. Bunlar insanda xoş təəssürat yaradır. Düşünürəm ki, bu gün Azərbaycanla Avropa arasında əməkdaşlığın güclənməsində, Azərbaycanın Avropanı, Avropanın isə Azərbaycanı daha yaxından tanımasında “Euronews” kanalı mühüm rol oynayacaq”.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Maykl Piters isə Bakının ilk andan onda xoş təəssüratlar yaratdığını deyib: “Məncə Bakı Mərkəzi Asiyanın ürəyi hesab oluna bilər. Bura Asiya ilə Avropanın birləşdiyi nöqtədir. Yəqin elə ona görədir ki, burda özümü çox rahat hiss edirəm".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR