Elçin Mirzəbəyli: “Biz ədalət prinsiplərinin qorunmasında, Azərbaycan cəmiyyətinə və oxucuya münasibətdə ədalətliyik” - MÜSAHİBƏ
- Qəzetin fəaliyyətə başladığı ilk gündən nəşrin vahid prinsipləri olub, konkret və həmin dövr üçün yeni, hətta bir çoxlarının qəbul etmədiyi və savaş açdığı prinsiplərlə - ideyalarla çıxıb. Bu, Azərbaycan cəmiyyətində sivil və konstruktiv dünyagörüşün təbliğ olunması, milli ideoloji xəttin fundamental səviyyədə cəmiyyətə təqdim olunması idi. Bu prinsipləri ilk gündən indiyə qədər qoruyub saxlamışıq və hesab edirəm ki, cəmiyyətə də çatdırmağa bacarmışıq. Çünki “Xalq cəbhəsi”nin qoyduğu dəsti-xəttə uyğun daha sonralar nəinki mətbuat orqanları, hətta siyasi partiyalar da formalaşıb.
- Rəhbərlik etdiyiniz qəzetin adında da bir məsuliyyət duyulur. Bu adı qəzet çərçivəsində yaşatmaq nə dərəcədə mümkün olub?
- Əslində, SSRİ-nin süquta uğradığı ərəfədə təkcə xalq cəbhələri yox, həmrəylik hərəkatları da yaranmağa başlanmışdı. Bu hərəkatların əksəriyyətinin əsasında sol ideyalar dayanırdı. Yəni xalqçılıq ideyaları dayandırdı. Ancaq Azərbaycanda bu hərəkat milli anlayış oldu. Adı xalq cəbhəsi olsa da, milli cəbhə oldu və Azərbaycan Xalq Cəbhəsinin dövlət müstəqilliyinin qazanılmasında kifayət qədər böyük xidmətləri oldu. Bu gün “Xalq cəbhəsi” qəzetinin əsasını qoyanlar da məhz, AXC-nin fəal üzvləri, həmçinin tələbə hərəkatının fəalları olublar. Daha sonralar isə bu siyasi təşkilatla bu və ya digər şəkildə bağlı olan insanlar olublar. Yəni “Xalq cəbhəsi” bu insanlar üçün bir doğma ad və ocaq olub. Mənə gəldikdə isə milli azadlıq hərəkatının marşının müəllifiyəm. Bu mənada da prosesin iştirakçısıyam və mənim üçün də bu ad doğmadır.
- Qəzetlərin siyasiləşməsi ilə bağlı çox danışılır. “Xalq cəbhəsi” qəzeti müstəqilliyini nə dərəcədə saxlaya bilib?
- Müstəqil media anlayışı Azərbaycanda fərqli şəkildə qəbul edilir. Qeyd edim ki, bütövlükdə siyasətdən kənar bir kimsə və mövzu da yoxdur. İstənilən sahə və istiqamət yeri gələndə siyasi mübarizənin predmetinə çevrilir. Jurnalistin, qəzetin və istənilən KİV rəhbərinin də siyasi mövqeyi var. Bu baxışlar istər-istəməz özünü müəyyən dərəcədə büruzə verir. Qənaətimə görə, əsas şərt ədalət prinsipini itirməməkdir. Təbii ki, “Xalq cəbhəsi” qəzeti Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə eyni ideyaları bölüşən bir mətbuat orqanıdır. Ancaq qəzetin səhifələrinə diqqət yetirsəniz, Azərbaycanın bütün siyasi palitrasını görmək olar. Bir çox məsələlərdə, xüsusən də milli maraqlarımızda biz özünü müstəqil elan edən qəzetlərin çoxundan daha müstəqil görünürük. Əgər müstəqillik bir nəfər haqqında şantaj və böhtan xarakterli yazılar manşetə çıxartmaqdırsa, hansısa dairənin marağını ifadə etməkdirsə, bütün bunlardan sonra həmin şəxslərin fəaliyyətinə söykənərək mətbuat orqanı nəşr etdirməkdirsə, o zaman biz müstəqil deyilik. Yəni müstəqilliyin meyarları ilə atılan addımlar üst-üstə düşməlidir. Biz ədalət prinsiplərinin qorunmasında, Azərbaycan cəmiyyətinə və oxucuya münasibətdə ədalətliyik. Mənim üçün ədalət ən böyük müstəqillikdir.
- Qəzetin hazırkı tirajı sizi qane edirmi?
- Bu gizli bir şey deyil. Amma alıcılıq qabiliyyəti də qaneedici deyil. Yəni qəzetin tirajının azlığı məsələsini mətbuat orqanının üzərinə qoymaq olmaz. Bunun bir çox səbəbləri var. Buraya oxucu aktivliyi ilə yanaşı bölgələrə qəzetlərin çatdırılması problemini də əlavə etmək olar.
- Dünya inkişaf etdikcə, mətbuat sektoru da inkişaf edir. Qəzet müasir texnologiyaların imkanlarından hansı səviyyədə istifadə etmək niyyətindədir?
- Qəzetin saytı fəaliyyət göstərsə də, yüksək səviyyədə olduğunu deməzdim. Artıq bir müddətdir ki, daha müasir internet səhifəmizin hazırlanması istiqamətində işlər gedir. Yəqin ki, yaxın vaxtlarda proses başa çatacaq. Əlbəttə, çalışırdıq ki, 10 illik yubileyimizə qədər veb-səhifəni təqdim edək. Lakin müəyyən səbəblərdən bu, baş tutmadı. Bu səhifə bir portal kimi fəaliyyət göstərməyəcək, sadəcə internet qəzet funksiyasını yerinə yetirəcək. Onlayın rejimdə fəaliyyət göstərməyəcək. İnternet qəzet ənənəsi Azərbaycanda tam təşəkkül tapmayıb. Bir məqamı da diqqətinizə çatdırmaq istərdim – bu sözləri çap mediasında çalışdığıma görə demirəm. Əslində elektron mətbuat mənə daha yaxındır. Çünki əvvəllər televiziyada çalışmışam. Ancaq məsələyə başqa müstəvidən yanaşanda, çap mediasının gələcəkdə süquta uğrayacağını gözləmirəm. İnternet bumu bir müddət davam edə bilər. Lakin çap mediası da özünün fərqli obrazını qazanacaq. Bu prosesin zaman keçdikcə tənzimlənəcəyini gözləyirəm.
- Qəzetin yubileyini necə qeyd edəcəksiniz?
- Fərqli bir təqdimat olmayacaq. Qəzetdə fəaliyyət göstərən, əməkdaşlıq edən dostlarımızın iştirakı ilə toplantımız olacaq. Səmimi dost məclisi keçirəcəyik.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət edib - FOTO
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
Kreml: Moskva ABŞ-ın sülhməramlı səylərinin bəhrə verəcəyinə ümid edir
Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq
Zelenski Mayamidə G20 sammitində Putinlə görüşməyə hazırdır
AMB: BOKT-ların regionlarda əhatə dairəsi bəzi banklardan daha genişdir
Şirvanda oğurluq edən şəxs saxlanılıb
Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq - SABAHIN HAVASI
AMB BOKT-ların borclanmasına yeni hədlər müəyyən edib
Səfir: Polşa-Azərbaycan münasibətləri çox yaxşı vəziyyətdədir, əminəm ki, son baş verənlər əlaqələrə təsir göstərməyəcək
Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşıb
Hikmət Hacıyev: İşğal illərində bu tarixi abidələr “bərpa” adı altında müxtəlif xarici müdaxilələrə məruz qalıb
Bolqarıstanda sursat anbarlarında bir ay ərzində ikinci partlayış baş verib
Xarici diplomatlar Ağdərənin Vəngli kəndində Gəncəsər monastırını ziyarət ediblər - FOTO - VİDEO
Gürcüstanda aralarında Azərbaycan vətəndaşları da olan 59 qanunsuz miqrant saxlanılıb
Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Azəbaycan neftinin qiyməti 120 dolları ötüb
İran Atom Enerjisi Təşkilatının rəhbəri AEBA-nın Konfransında iştirak etmək üçün Vyanaya yola düşüb
Yol polisi ötmə qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü start götürüb
AZANS Daşkənddə “SOCEA AGM/3”ə sədrlik edərək regional aeronaviqasiya əməkdaşlığını gücləndirib
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
“Brent” markalı netin qiyməti 105 dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb