Bank Of Baku

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumu yaradılıb

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumu yaradılıb
# 21 noyabr 2011 10:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumu (İBRAF) yaradılıb. Azərbaycan Milli Televiziya və Radio Şirasından APA-ya verilən məlumata görə, İBRAF İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının noyabrın 17-də İstanbulda keçirilən toplantısında təsis edilib.

Toplantıya Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, İndoneziya, Pakistan, Qırğızıstan, Liviya, Qatar, Bruney, Tacikistan və müşahidəçi ölkə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin teleradio yayımı üzrə tənzimləyici qurumlarının nümayəndələri qatılıblar.

İBRAF-ın yaradılmasında məqsəd tənzimləyici qurumlar arasında dialoqun və əməkdaşlığın qurulması, informasiya, fikir və təcrübə mübadiləsinin aparılması, audiovizual məsələlərin müzakirəsindən ibarətdir.

Toplantıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin teleradio yayımı üzrə tənzimləyici qurumlarının forumunun növbəti il Səudiyyə Ərəbistanı Krallığında keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR