Bank Of Baku

Mətbuat Şurası Rafiq Tağıya sui-qəsdlə bağlı Baş Prokurorluğa müraciət edib

Mətbuat Şurası Rafiq Tağıya sui-qəsdlə bağlı Baş Prokurorluğa müraciət edib
# 21 noyabr 2011 14:31 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov yazıçı-jurnalist Rafiq Tağının səhhəti ilə maraqlanmaq üçün Klinik Tibbi Mərkəzdə olub. MŞ-dən APA-ya verilən məlumata görə, xəstəxanın baş həkimi və yazıçı-jurnalisti əməliyyat edən həkimlərlə görüşən MŞ sədrinə məlumat verilib ki, R.Tağının vəziyyəti ağır olsa da, hələlik həyati təhlükəsi yoxdur.

Bu gün, həmçinin Azərbaycan MŞ R.Tağıya sui-qəsdlə bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, baş vermiş hadisə ilə əlaqədar Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış cinayət işi, eləcə də prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər məsələyə həssas münasibət göstərildiyini deməyə əsas verir. Müraciətdə eyni zamanda bildirilir ki, media ictimaiyyətində belə bir xoşagəlməz halın R.Tağının son vaxtlarkı mətbu çıxışları ilə bağlılığına dair fikirlər yayılmaqdadır. Bütün bunlara görə hadisəyə hüquqi qiymətin verilməsi, günahkarın və ya günahkarların tezliklə tapılaraq qanun qarşısında cavab vermələrinin təmin olunması vacibdir.

APA Group”-un baş direktoru Vüsalə Mahirqızı və “Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu da bu gün xəstəxanada Rafiq Tağıya baş çəkib, vəziyyəti ilə maraqlanıblar. Xəstəxananın baş həkimi Tərlan Bəbirov bildirib ki, R. Tağının vəziyyəti stabildir.

R. Tağı isə xəstəxanada ona olan münasibətdən razılıq edib. Yazıçı bildirib ki, ona qarşı olan sui-qəsdin əvvəlcədən hazırlandığını ehtimal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR