Bank Of Baku

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Rafiq Tağının ölümü ilə bağlı bəyanat verib

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Rafiq Tağının ölümü ilə bağlı bəyanat verib
# 24 noyabr 2011 07:54 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç yazıçı və publisist Rafiq Tağının ölümündə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb. APA-nın məlumatına görə, R. Tağının ölümündən kədərləndiyini bildirən ATƏT rəsmisi cinayətkarların ədalət mühakiməsi önünə çıxarılacağına ümid etdiyini söyləyib: “Yazıçı və jurnalistlərə hücumlar media azadlığı və ifadə azadlığına hücumdur. Bu cür cinayətlər demokratiya naminə tam şəkildə araşdırılmalıdır. Ümid edirəm ki, Azərbaycanın hakimiyyət orqanları tezliklə araşdırmanı başa vuracaq. Cinayətin motivindən asılı olmayaraq, bu iyrənc cinayətdə əli olanlar və onun arxasında duranlar məsuliyyətə cəlb olunmalıdırlar”.

ATƏT nümayəndəsi bəyanatında Tağlının yaxınlarına və həmkarlarına başsağlığı verib.

Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR